Yarımfinal turunun nəticələri və finalda iştirak edəcək komandaların siyahısı açıqlandı

4 Noyabr 2019

Cari ilin may ayında İqtisadiyyat Nazirliyi BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icrasına dəstək məqsədilə Üçüncü Respublika İnnovasiya Müsabigəsi elan edib. Müsabiqənin tərəfdaşları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycandakı filialı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyidir.

Məlumat üçün qeyd edək ki, Üçüncü Respublika İnnovasiya Müsabiqəsinə iqtisadi, sosial və ekoloji sahələri əhatə edən 200-dən çox layihə təqdim olunmuşdur.

Finalda iştirak edəcək komandalar (layihələr) müəyyənləşdirilib:

1. BioBone – Məmmədtahir Şamxalov

2. AİRFLEC – Aydan Qədirzadə

3. Handa Recycle Shoes – Fərid Süleymanov

4. Stroboskopik antifara sistemi – Sultanhəmid Məlikov

5. Bioposterm – Fidan Muradova

6. Climasel – Güllü Hüseynli

7. Healwith – Leyla Talıbzadə

8. Cryptoyote – Orxan Əhmədov

9. Çağır gəlsin – Turqut Zeynalov

10. Sea Doctor – Günel Əsədova

11. QR Transport – Altun Yasinli

12. Secret of longevity – Lalə Məmmədova

13. Wasco – Tural Zəkəryəzadə

14. Get taksi – Şəbnəm Əliyeva

15. Nonomembrane – Günel Əliyeva

16. Reduction of carbon dioxide emissions in thermal power plants through the use of waste gases – Günseli Qasımzadə

17. Rəqəmsal muzey – Ağa Alismanov

18. Penteston – Rəşad Əliyev

Müsabiqənin qalibləri 1-ci yer üçün 5000 manat, 2-ci yer üçün 3000 manat və 3-cü yer üçün 2000 manat olmaqla mükafatlandırılacaqlar. Müsabiqə qaliblərindən biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Fast Track Azərbaycan” proqramına dəvət olunacaq, həmçinin 1 layihə Data Mərkəzin “Cloud4Start” mükafatını (3000 manat) – data və cloud servislər paketini əldə edəcəkdir.

Bununla yanaşı, 2 qalib komanda bütün xərcləri qarşılanmaqla 29-31 yanvar 2020-ci il tarixlərində Estoniyada keçiriləcək “sTARTUp Day” proqramında Azərbaycanı təmsil etmək hüququ qazanacaqdır.